Terkibi:
Ademetionin-100 mq
Alfa Lipoy turşusu-125 mq
Qlutation peroksidaza-125 mq
Silymarin-70 mq
Farmakoloji qrupu:Hepatoprotektor,dezintoksikant,öd qovucu.
Farmakoloji xüsusiyyətləri:
Ademetionin-hepatoprotektorlar qrupuna aid olub,həmçinin antidepressiv aktivliyə malikdir.Xoleretik və xolekinetik təsir göstərir,detoksikasion,regenerasiyaedici,antioksidant,antifibrozlaşdirici və neyroprotektiv xüsusiyyətlərə malikdir.Həmçinin hepatositlərdə öd turşularinin toksikliyini azaldir.
Qlütation-yalniz sərbəst radikallari deyil,eyniz zamanda toksiki maddələri də neytrallaşdirmaqla,detoksikator və hepatoprotektor funksiyalarini da yerinə yetirir.Bu proses əsasən qaraciyər hüceyrələrində baş verir.Qlütation eyni zamanda immun sistemin güclənməsində də iştirak edir.
Alfa-lipoy turşusu-vitaminəbənzər maddələrə aid olan antioksidant maddədir.Orqanizmdə piroüzüm,alfa-ketoturşularin oksidləşmə reduksiya reaksiyalarinda koferment kimi iştirak edir.
Sliymarin-tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir.Sliymarin regenerasiyaedici,hepatoprotektor,dezintoksikant və iltihab əleyhinə təsirə malikdir.
Göstərişləri:
> Qaraciyər və öd yollari xəstəlikləri
> Qaraciyərin piy distrofiyasi
> Xroniki hepatit
> Qaraciyər sirrozu
> Kimyəvi terapiya zamani
İstifadə qaydasi:
1 kapsul gunde 1 defe.
Buraxılış formasi:
Kapsul № 30
İstehsalçi ölkə:Macaristan